NEWS
Ən Yaxşı Təqdimat
22/07/2021

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.
Müsabiqədə ümumilikdə 2354 təqdimat nümayiş etdirilib. Müvafiq nəticələrə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diploma, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb.
May ayının 7-də təhsil naziri Emin Əmrullayevin də iştirakı ilə “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş təşkil edilib.
Fəxr hissi ilə qeyd etmək istəyirik ki, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin X sinif şagirdi Zeynallı Bülbül Namiq qızı da I dərəcəli diplomla təltif olunub. Mərkəzimizin şagirdini bu münasibətlə səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!