NEWS

Şəhid və qazi övladları ilə görüş

18/09/2021

Şəhid və qazi övladları ilə görüş

"YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində cari ildə Mərkəzimizə qəbul edilmiş şəhid və qazi övladları, həmçinin onların ailələri ilə 14 sentyabr tarixində görüş keçirilib.

Görüşdə Müşahidə Şurasının sədri Fərhad Qaraşov, sədr müavini Səbinə Qaraşova və Mərkəz rəhbərliyindən aidiyyatı şəxslər iştirak edib. Şəhid və qazi övladları ilə xüsusi söhbətlər aparılaraq, 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarının xatirəsi bir daha yad edilib.


Şagirdlərin hər biri yeni dərs ili münasibətilə təbrik olunub və hər birinə müvəffəqiyyət, yüksək akademik nəticələr əldə etmək arzu olunub.


Vətən uğrunda canı və qanı bahasına döyüşən qəhrəman oğulların övladlarının parlaq gələcəyinə kiçik də olsa bir töhfə vermək bizim üçün qürurvericidir.

Bir daha bütün şagirdlərimizə yeni tədris ilində bol uğur və müvəffəqiyyət arzu edirik.