NEWS

Zəfər Günü

08/11/2021

Zəfər Günü

5 noyabr tarixində Mərkəzimizdə Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Vətən müharibəsinin komandanlarından biri Zaur Cavanşir, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Mərkəzimizdə təhsil alan şəhid övladlarının ailələri iştirak ediblər.

Şagirdlərimizin çıxışları izləyənləri həm kövrəldib, həm qürurlandırdı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, vətənin qəhrəman oğullarının şücayəti sayəsində əldə etdiyimiz bu şanlı zəfər, tariximizə qızıl hərflərlə yazıldı.

Zəfərin mübarək olsun, Azərbaycan!


Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!