NEWS
Gəncədən doğan günəş
20/12/2021

17 dekabr 2021-ci il tarixinde Mərkəzimizdə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş "Gəncədən doğan günəş" adlı məktəblərarası breyn-rinq keçirildi. Breyn-rinqdə 20 nömrəli məktəb-liseyin “Dəmir yumruq", Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “Patriot”, Bakı Avropa liseyinin “Renessans”, Kaspi liseyinin “Kaspi”, Hədəf liseyinin “Hədəf”, Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbin "Xəmsə”, Zərifə Əliyeva adına liseyin “Hikmət”, Gənc istedadlar liseyinin “Gənc istedad” və XXI Əsr BTİM-in “XXI əsrin Xəmsəsi” komandaları üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda Bakı Avropa liseyinin “Renessans” komandası I yerə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin “Patriot” komandası II yerə çıxdı. Qalibləri, həmçinin bütün iştirakçıları təbrik edirik.