NEWS
Bağça və hazırlıq bölməsinin uşaqlarının 8 mart təbriki
07/03/2019

Bağça və hazırlıq bölməsinin uşaqlarının 8 mart təbriki
Yazın ilk ayı Mərkəzimizdə ən sevilən ay və tədbirlərimizlə zəngin bir zamandır. Bayramlara həsr olunmuş tədbirlərdə balaca şirinlərimiz də fəal iştirak edir. Belə ki, 7 mart tarixində Mərkəzimizin tərkibində fəaliyyət göstərən Uşaq bağçası və Məktəbəhazırlıq bölməsinin uşaqlarının hazırladığı səhnəciklər analara ən böyük 8 mart hədiyyəsi oldu.