NEWS

Şagirdlərimiz dostluq oyunu keçirdi

19/06/2019

Şagirdlərimiz dostluq oyunu keçirdi

8 iyun 2019-cu il tarixində XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzimizin  şagirdlərindən ibarət futbol komandası ilə ölkəmizdə yaşayan qaçqın ailələrin uşaqları arasında futbol oyunu keçirilmişdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş oyunun əsas məqsədi müxtəlif ölkələrdən gələn uşaqlar arasında həmrəylik mühitinin formalaşdırılması, qarşılıqlı anlaşma və tolerantlıq duyğularının inkişaf etdirilməsi olmuşdur.