NEWS

Mərkəzimizin şagirdləri üçün muzeyə ekskursiya təşkil olunub

12/11/2019

Mərkəzimizin şagirdləri üçün muzeyə ekskursiya təşkil olunub
Mərkəzimizin yuxarı sinif şagirdləri üçün muzeyə ekskursiya təşkil olunub
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin bir qrup yuxarı sinif şagirdi gələn ilin aprelində ingilis dilinə dair keçiriləcək layihəyə hazırlıq çərçivəsində noyabrın 12-də Müasir İncəsənət Muzeyində olub.
Ekskursiya zamanı şagirdlərimiz Azərbaycanla yanaşı, dünya mədəniyyətinin yüksək rəğbət görən bir sıra müasir incəsənət nümunələri, o cümlədən Salvador Dali və Pablo Pikassonun məşhur əsərləri ilə yaxından tanış olub sözügedən müəlliflər və əsərləri haqqında ətraflı məlumat toplayıblar. Mərkəzimizin müdavimləri bu əsərləri “Land of Invention” (İxtiralar Yurdu) və “Communication” (Kommunikasiya) mövzuları üzrə araşdıraraq aprel ayında təşkil olunacaq tədbirdə iştirakçılara təqdim edəcəklər.
Layihə çərçivəsində şagirdlərimizin sonuncu ekskursiya və bundan sonra bu səpkidə keçiriləcək görüşlərin məzmununa dair ingilis dilində fərdi qaydada şifahi rəylər bildirməsi, mövzunu müəllimlərin iştirakı ilə öz aralarında qrup halında qarşılıqlı müzakirə etməsi və sonda, bu proseslərin nəticəsində mövzu barədə esse yazması qarşıya məqsəd qoyulub.
Aprelə qədər davam edəcək bu layihə şagirdlərdə təsviretmə, yazılı nitq və dünyagörüşü kimi zəruri qabiliyyət və xüsusiyyətləri inkişaf etdirməklə yanaşı onlarda sinifdənkənar yeni lazımlı vərdişlərin yaranmasına xidmət göstərəcək.
Şagirdlərimiz üçün təşkil etdiyimiz digər tədbir və ekskursiyalar haqda ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.21century.edu.az/az/ourschool/events