NEWS

Şagirdlərimiz ölkəmizi beynəlxalq sərgidə təmsil edəcəklər

14/02/2020

Şagirdlərimiz ölkəmizi beynəlxalq sərgidə təmsil edəcəklər

Mərkəzimizin İngilis dili bölməsində təhsil alan 9-cu sinif şagirdləri Aylin Sadıxova və Sıla Suna hazırladıqları “Günəş enerjisi ilə əsaslanan çoxsaylı məhsul sistemi” layihəsi ilə bu il keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsində 1-ci yeri tutmaqla yanaşı ölkəmizi 10-15 may 2020-ci il tarixlərində ABŞ-da baş tutacaq ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində təmsil etmək haqqına yiyələniblər.

Fevralın 13-də baş tutmuş mükafatlandırma mərasimində Təhsil naziri Ceyhun Bayramov şagirdlərimizin əməyini yüksək qiymətləndirərək onları diplomla təltif edib. Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsində bu il 1-ci yerə 6 layihə üzrə 11 şagird layiq görülüb. ABŞ-da keçiriləcək beynəlxalq sərgidə iştirak üçün qaliblər arasından ən yaxşı 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP şirkətinin maliyə dəstəyi ilə sərgiyə göndəriləcəklər.

Yeri gəlmişkən, mərkəzimizdə elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin birlikdə təhsilini təmin edən STEAM sistemindən istifadə olunur. Bu sistem şagirdlərimizin öz-özlərinə kəşflər etməsinə fürsət verir və həmçinin onların tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Daha ətraflı məlumat keçiddə: https://www.21century.edu.az/az/ourschool/steam