NEWS

Məktəbə geri dönüş!

17/09/2020

Məktəbə geri dönüş!

Mərkəzimiz 15 sentyabr tarixindən ibtidai təhsil səviyyəsi üzrə əyani dərslərə start verdi.

Ümumi orta təhsil səviyyəsi (5-9-cu siniflər) və tam orta təhsil səviyyəsi (10-11-ci siniflər) üzrə əyani dərslərimiz isə müvafiq olaraq 1 oktyabr və 15 oktyabr tarixlərindən başlayacaqdır.

Qeyd edək ki, gigiyena və uşaqların sağlamlıqlarının qorunması ilə bağlı müvafiq dövlət orqanlarının qəbul etdiyi bütün qayda və şərtlər çərçivəsində şagirdlər, yarımqruplar şəklində həftədə 2 dəfə əyani dərslərdə iştirak edəcəkdir. Həftənin digər günləri isə onlayn qaydada dərslər keçiləcəkdir.

2020/2021-ci tədris ilinin başlaması münasibətilə şagirdlərimizi və bütün müəllim heyətimizi təbrik edir, onlara yeni dərs ilində uğurlar arzulayırıq!