Haqqımızda

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3-17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar (Kembric və IBDP) üzrə təhsil aldığı ən qabaqcıl tədris mərkəzlərindən biridir. 

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində şagirdlərimizə təhlükəsiz, xoşbəxt və dəstəkləyici mühitdə, beynəlxalq səviyyədə təhsil verməklə, onlara həyatda uğurlu olmaları üçün ilham veririk.

Bizi xüsusi edən nədir?

Biz şəhərin mərkəzində yerləşir və beynəlxalq təhsili övladınız üçün daha yaxın edirik.

Biz şəhərin mərkəzindətəhsil üçün xüsusi qurulmuş kampusumuzda fəaliyyət göstəririk. Şəhərin mərkəzində yerləşməyimiz beynəlxalq kurikulumlara əsaslanan təhsili şagirdlər üçün daha əlçatan edir.

Beynəlxalq proqramların tətbiqində uzunmüddətli təcübəmiz var

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi qeydə alınmış Kembric Beynəlxalq Məktəbidir.

Biz dünyanın aparıcı universiteti, Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzi olan, Beynəlxalq Təhsilin Kembric Qiymətləndirmə (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbik.

Kembric beynəlxalq kvalifikasiyalar sistemi şagirdlərə davamlı öyrənmə həyəcanı və yeni bilikləri şüurlu şəkildə əldə etmə bacarıqları aşılayır.

Kembric Beynəlxalq məktəbi olaraq biz 5-16 yaşlı şagirdlər üçün Kembric (İbtidai, Aşağı orta və Yuxarı orta (IGCSE) Proqramları təklif edirik.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi qeydə alınmış IB Dünya Məktəbidir.

Biz, mərkəzi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat- The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçmiş səlahiyyətli IB Dünya Məktəbiyik.

IB Proqramı dünyada ortaq bir təhsil sistemi yaratmaq məqsədilə qurulmuşdur. Bu proqram mədəniyyətlərarası hörmət və anlayış əsasında daha yaxşı və sülhsevər bir dünya qurmağa kömək edən, bilikli, sorğulayan və qayğıkeş gənclər yetişdirməyi hədəfləyir.

IB Məktəbi olaraq biz 16-17-yaşlı uşaqlar üçün nəzərdə tutulan Diplom Proqramını (IB DP) təklif edirik.

İdealist müəllimlərin olduğu məktəbik

Keyfiyyətli təhsilin təməlində idealist müəllimlər dayanır. Bizim məktəbi xüsusi edən ən böyük amillərdən biri təcrübəli, idealist və çalışqan müəllim kollektividir. Müəllimlik davamlı öyrənmə, yenilənmə və professional inkişaf motivasiyası tələb edən bir peşədir. Biz də məktəb olaraq müəllimlərimizi seçəndə öz üzərində davamlı işləyən, özünü müasir dövrün təlim-tədris tələblərinə uyğunlaşdıra bilən və bir şəxsiyyət kimi şagirdlərə nümunə ola biləcək yüzlərlə namizədlər arasından diqqətlə seçir və onların inkişafına dəstək oluruq.

Azərbaycanda “İntellekt” təhsil texnologiyasından istifadə edən tək məktəbik

2003-cü ildən məktəbimizdə rus və Azərbaycan bölmələri üzrə tədris prosesində, müəllifi Moskva şəhərinin Lomonosov məktəbinin elmi rəhbəri və təsisçisi p.e.n. M.A. Ziqanov olan “İntellekT” Təhsil Texnologiyası tətbiq edilir. 

Mərkəzimizdə xüsusi “İntellekT” Təhsil Texnologiyası laboratoriyası yaradılmışdır. Laboratoriyanın əməkdaşları tərəfindən şagirdlərin təfəkkürünü, diqqətini, nitqini, yaddaşını inkişaf etdirən tapşırıqlar tərtib olunur.

Fərdi yanaşırıq

Biz hər bir uşağın fərqli və özəl olduğunu bilirik. Ona görə də, şagirdlərimizin özəl xüsusiyyətlərini nəzərə alaraq, onların təhsilinə və inkişafına fərdi yanaşırıq. Biz tətbiq etdiyimiz bütün yerli və beynəlxalq kurikulumları hər bir uşağın öyrənmə ehtiyacına uyğun olaraq tətbiq edirik. Bundan əlavə, 10-11-ci siniflərdə tədrisi şagirdlərin ixtisas seçiminə uyğun təmayüllər üzrə təşkil edirik.

Çoxdilli təhsil mühiti təqdim edirik

Biz müasir dünyanın və yerləşdiyimiz regionun reallıqlarını bilir, şagirdlərimizin əsas tədris dili ilə yanaşı digər dilləri də mükəmməl öyrənə və tətbiq edə biləcəkləri bir mühit təqdim edirik. Üç bölmə üzrə təhsilin bir mühitdə tətbiqi şagirdlərimizə üç dildə rahat ünsiyyət qurmaları üçün şərait yaradır.

Sual verməyə və xəyal qurmağa təşviq edirik

İnanırıq ki, övladlarınızın əldə edə biləcəyi uğurların sərhədi yoxdur.  Bunun üçün də biz, uşaqların erkən yaşlarından sahib olduqları hər şeyi öyrənmə arzusunu daim canlı saxlamağa çalışır, onları xəyal qurmağa təşviq edir və bu xəyallara çatmaq, dünyanın harasında olmalarından asılı olmayaraq fürsətlərin arxasınca getmək üçün onları cəsarətləndirir və özlərinə inamlarını gücləndiririk.

Uşaqlara bacarıq öyrədir və onları qlobal rəqabətə hazırlayırıq

Biz yeni əsrdə nəyisə bilməyin artıq üstünlük yaratmadığını da bilirik. Davamlı və sürətli dəyişikliklərin baş verdiyi bu əsrdə, üstünlük yaradacaq amillərin nəzəri biliklərdən çox bacarıqlar olduğu artıq mötəbər qurumlar tərəfindən də təsdiqlənir. Biz bunu nəzərə alaraq şagirlərin bacarıqlarını, xüsusilə“21-ci əsr bacarıqları” adlandırılan bacarıqlarını (link) inkişaf etdirir və onların gələcək rəqabətə hazırlayırıq.

21-ci əsr bacarıqları nədir?

Dünya İqtisadi Forumu[1] tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilmişdir: təməl savadlar, kompetensiyalar və şəxsi keyfiyyətlər.

Təməl savadlar, şagirdlərin əsas bacarıqlarını gündəlik fəaliyyətlərində necə tətbiq edəcəklərini əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu oynayaraq daha təkmil və əhəmiyyətli kompetensiya və şəxsi keyfiyyətləri formalaşdırmağa imkan verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq yox, elmi savadlılıq, İKT savadlılığı, maliyyə savadlılığı, mədəniyyət və vətəndaşlıqla bağlı savadlılıq daxildir. Ənənəvi təhsil əsasən bu bacarıqların əldə edilməsinə fokuslanır, lakin hal-hazırda bu bacarıqlar 21-ci əsr bacarıqlarını inkişaf etdirmək üçün baza hesab edilir.

Kompetensiyalar, şagirdlərin qarşılaşdıqları mürəkkəb çətinliklərə necə yanaşacağını açıqlayır. Məsələn, tənqidi düşünmə, qarşılaşılan problemləri həll etmək üçün vəziyyəti, ideyaları və məlumatları aydınlaşdırma, təhlil etmə və qiymətləndirmə bacarığıdır. Kreativlik, problemlərə yanaşmada, sualları cavablandırmada və ya biliyin fərqli yöndə istifadə olunmasında innovativ yollar xəyal etmə və tapma bacarığıdır. Kommunikasiya və əməkdaşlıq, məlumatın ötürülməsi və problemlərin həllində digər şəxslərlə əməkdaşlıq halında işləməyi ehtiva edir. Bu kompetensiyalar 21-ci əsr işçi qüvvəsi üçün çox vacib hesab olunur. Belə ki, gələcək işçi qüvvəsi üçün tənqidi təhlil, biliyin ötürülməsi və komandada işləmək bir standart halına gələcəkdir.

Şəxsi keyfiyyətlər, şagirdlərin dəyişən mühitə qarşı necə yanaşdıqlarını ifadə edir. Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq, uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr qarşısında çeviklik və müvəffəqiyyəti təmin edir.

Maraq və təşəbbüs yeni konseptsiya və ideyaların kəşf edilməsi üçün başlanğıc nöqtəsi kimi çıxış edir. Liderlik və sosial-mədəni məlumatlılıq digər şəxslərlə konstruktiv formada sosial, etik və mədəni ünsiyyət yolları qurmağı əhatə edir.

Bu bacarıqlar 21-ci əsrdə insanların ömür boyu uğur qazanmaları üçün əsas hesab edilir. Bizim də məqəsdimiz bu bacarıqları məktəb illərindən uşaqlara aşılamaq və onlara uğurlu fərdlər olmalarına kömək olacaq bilik və bacarıqlar qazandırmaqdır.

Şagirdlərimizi dünyanın qabaqcıl universitetlərinə göndəririk

Bizim məzunlar dünyanın qabaqcıl təhsil müəssisələrində təhsil alır. Məzunlarımızın təhsil aldığı universitetlərin bir hissəsi bunlardır:

Birləşmiş Krallıq

  • Kembric Universiteti
  • Queen Mary University of London(UCL)
  • University of Edinburgh
  • Exeter Universiteti
  • Queen University Belfast
  • Hariot-Watt Universiteti
  • University of Westminister
  • University of Bath

ABŞ

  • George Washington University

Türkiyə

  • Bahçeşehir Universiteti
  • Koç Universiteti
  • Bilkent Universiteti
  • Sabancı Universiteti
  • İstanbul Bilgi Universiteti
  • Yeditepe Universiteti

Rusiya

  • Moskva Dövlət Universiteti

 

  • [1]http://www3.weforum.org/docs/WEFUSA_NewVisionforEducation_Report2015.pdf

 

 

 

BİZƏ QOŞULUN