Biz
yeni əsrdə nəyisə bilməyin artıq üstünlük yaratmadığını da bilirik. Davamlı və
sürətli dəyişikliklərin baş verdiyi bu əsrdə, üstünlük yaradacaq amillərin
nəzəri biliklərdən çox bacarıqlar olduğu artıq mötəbər qurumlar tərəfindən də
təsdiqlənir. Biz bunu nəzərə alaraq şagirlərin bacarıqlarını, xüsusilə “21-ci əsr bacarıqları” adlandırılan bacarıqlarını inkişaf etdirir və
onların gələcək rəqabətə hazırlayırıq.
21-ci əsr bacarıqları nədir?
Dünya
İqtisadi Forumu tərəfindən bu bacarıqlar 3 kateqoriyada təsvir edilmişdir: Təməl savadlar
Kompetensiyalar
Şəxsi keyfiyyətlər
Təməl savadlar, şagirdlərin əsas bacarıqlarını gündəlik fəaliyyətlərində necə
tətbiq edəcəklərini əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu
oynayaraq daha təkmil və əhəmiyyətli kompetensiya və şəxsi keyfiyyətləri
formalaşdırmağa imkan verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq
yox, elmi savadlılıq, İKT savadlılığı, maliyyə savadlılığı, mədəniyyət və
vətəndaşlıqla bağlı savadlılıq daxildir. Ənənəvi təhsil əsasən bu bacarıqların
əldə edilməsinə fokuslanır, lakin hal-hazırda bu bacarıqlar 21-ci əsr
bacarıqlarını inkişaf etdirmək üçün baza hesab edilir.
Kompetensiyalar, şagirdlərin qarşılaşdıqları mürəkkəb çətinliklərə necə
yanaşacağını açıqlayır. Məsələn, tənqidi düşünmə, qarşılaşılan problemləri həll
etmək üçün vəziyyəti, ideyaları və məlumatları aydınlaşdırma, təhlil etmə və
qiymətləndirmə bacarığıdır. Kreativlik, problemlərə yanaşmada,
sualları cavablandırmada və ya biliyin fərqli yöndə istifadə olunmasında
innovativ yollar xəyal etmə və tapma bacarığıdır. Kommunikasiya və
əməkdaşlıq, məlumatın ötürülməsi və problemlərin həllində digər şəxslərlə
əməkdaşlıq halında işləməyi ehtiva edir. Bu kompetensiyalar 21-ci əsr işçi
qüvvəsi üçün çox vacib hesab olunur. Belə ki, gələcək işçi qüvvəsi üçün tənqidi
təhlil, biliyin ötürülməsi və komandada işləmək bir standart halına gələcəkdir.
Şəxsi keyfiyyətlər, şagirdlərin dəyişən mühitə qarşı necə yanaşdıqlarını ifadə
edir. Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq, uyğunlaşma kimi şəxsi
keyfiyyətlər, maneələr qarşısında çeviklik və müvəffəqiyyəti təmin edir.
Maraq və təşəbbüs yeni konseptsiya və ideyaların kəşf edilməsi
üçün başlanğıc nöqtəsi kimi çıxış edir. Liderlik və sosial-mədəni
məlumatlılıq digər şəxslərlə konstruktiv formada sosial, etik və
mədəni ünsiyyət yolları qurmağı əhatə edir.
Bu bacarıqlar 21-ci əsrdə insanların ömür boyu uğur qazanmaları
üçün əsas hesab edilir. Bizim də məqəsdimiz bu bacarıqları məktəb illərindən
uşaqlara aşılamaq və onlara uğurlu fərdlər olmalarına kömək olacaq bilik və
bacarıqlar qazandırmaqdır.