Təhsil haqqı və ödənilmə qaydası aşağıdakı kimidir:
Mərkəzdə təhsil ödənişlidir. Təhsil haqqının məbləği 2023/24-ci dərs ili üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Təhsil pilləsi | Azərbaycan bölməsi (manat) | Rus bölməsi (manat) | İngilis bölməsi (manat) |
Bağça (3-4 yaş) (Kipina) | 7 700 | 7 700 | 7 700 |
Məktəbə hazırlıq bölməsi (5 yaş) (Kipina) | 8 800 | 8 800 | 8 800 |
İbtidai siniflər (I-IV siniflər) | 8 800 | 10 800 | 12 800 |
Orta təhsil (V-VIII siniflər) | 8 800 | 10 800 | 12 800 |
Orta təhsil (IX) | 8 800 | 10 800 | 13 300 (IGCSE) |
Tam orta təhsil (X sinif) | 8 800 | 10 800 | 13 800 (AS Level) |
Tam orta təhsil (XI sinif) | 8 800 | 10 800 | 14 300 (A Level) |
- Ümumtəhsil məktəbi üzrə təhsil haqqına müvafiq kurikulum üzrə tədris, bir dəst məktəbli forması, seçilmiş dərnək və ekskursiyalarda iştirak və gündə 3 dəfə qidalanma daxildir.
- Valideynlər təhsil haqqının ən az 20%-ni müqavilə bağladığı anda ödəyir. Qalıq məbləğ isə ən son hissəsi növbəti dərs ilinin mart ayından gec olmamaqla 3 hissədə ödənilir. Hər il mart-aprel aylarında keçirilən qəbul kampaniyası dövründə fərqli ilkin ödəniş şərti tətbiq oluna bilər.
- Təhsil haqqı ödənişi valideynin istəyinə əsasən 10 hissədə (20% ilkin ödəniş+9 hissə) həyata keçirilə bilər. Bu halda müvafiq təhsil haqqı məbləğinə 10% əlavə olunur.