Mərkəz müxtəlif sosial qruplardan olan və eləcə də istedadlı şagirdlərin güzəştli şərtlərlə təhsil alması üçün müxtəlif güzəşt və endirimlər təklif edir. Mərkəzə qəbulda və təhsil prosesi zamanı endirim və güzəştlər aşağıdakı hallarda tətbiq olunur:
Birdəfəlik ödəniş endirimi:
- Valideyn illik təhsil haqqını tam olaraq və ya hissəvi ödəyə bilər. 31 may tarixinədək həyata keçiriləcək birdəfəlik ödənişlərə 10%, 31 avqust tarixinədək həyata keçirilən birdəfəlik ödənişlərə isə əlavə 5% endirim tətbiq edilir. Birdəfəlik ödəniş üzrə endirim bu tarixdən sonra tətbiq edilmir.
İllik qəbul kampaniyası üzrə tətbiq edilən endirimlər:
- Hər il mart ayının 1-dək müvafiq illərin tələblərinə uyğun şəkildə növbəti dərs ili üçün şagird qəbulunu stimullaşdırmaq məqsədilə xüsusi kampaniya şərtləri tətbiq oluna bilər. Bu kimi kampaniyalardan xəbərdar olmaq üçün sosial media hesablarımızı və veb saytımızı təqib etməniz tövsiyyə olunur.
Əməkdaşlar üzrə tətbiq olunan güzəştlər:
- Ən az iki il müddətində Mərkəzdə daimi ştat üzrə çalışan və məktəbin inkişafında xüsusi xidmətləri olan əməkdaşların övladlarının təhsil haqqına 50% güzəşt tətbiq edilə bilər. Bir əməkdaş üzrə maksimum güzəşt edilən şagird sayı 2-dir.
Eyni ailə üzvləri üzrə endirim:
- Mərkəzdə eyni ailədən təhsil alan birdən çox uşağın (qardaş/bacı) olması halında növbəti uşaqların təhsil haqqına 10% endirim tətbiq edilir. Təhsil alanların təhsil haqqıları arasında fərq olduqda, endirim ən aşağı təhsil haqqına tətbiq olunur.
Məzun endirimi:
- Mərkəzin məzunlarının övladlarına (valideynlərdən hansı məzun olmağından asılı olmayaraq) Mərkəzdə göstərilən bütün təhsil pillələri üzrə təhsil haqqına 10% loyal məzun endirimi tətbiq edilir. Bu endirimdən istifadə etmək üçün valideyn tərəfindən Mərkəzdən məzun olduğunu göstərən müvafiq attestat təqdim olunur.
Tədris ili daxilində qəbul (natamam il) üzrə endirimlər:
- Tədris ili daxilində qəbul (01 noyabr-30 noyabr) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 20% nisbətində endirim tətbiq edilir.
- Tədris ili daxilində qəbul (01 dekabr-31 dekabr) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 30% nisbətində endirim tətbiq edilir.
- Tədris ili daxilində qəbul (01 yanvar-31 yanvar) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 40% nisbətində endirim tətbiq edilir.
- Tədris ili daxilində qəbul (01 fevral-28 fevral) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 50% nisbətində endirim tətbiq edilir.
- Tədris ili daxilində qəbul (01 mart-31 mart) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 60% nisbətində endirim tətbiq edilir.
- Tədris ili daxilində qəbul (01 aprel-15 iyun) tarixlərində qəbul olunan şagirdlər üçün müvafiq təhsil ilinin təhsil haqqına 70% nisbətində endirim tətbiq edilir.
İstedadlı şagirdlərin təşviq olunması məqsədilə həyata keçirilən güzəştlər (Qəbul imtahanında yüksək nəticə göstərən, Respublika və ya beynəlxalq səviyyədə keçirilən olimpiada və layihə yarışlarında yüksək nəticə göstərən şagirdlər üçün):
- Məktəbə qəbul imtahanı təşkil edilərək yüksək nəticə gösətərən (ilk 3 yeri tutan) namizədlərə illik təhsil haqqında müvafiq olaraq 50%, 30% və 20% güzəşt tətbiq edilə bilər;
- Respublika fənn/layihə olimpiadalarında və Beynəlxalq fənn/layihə olimpiyadalarda ilk 3 yeri tutmuş Mərkəzin cari şagirdlərinin (növbəti dərs ilindən başlamaqla) və ya yeni müraciət edən şagirdlərin illik təhsil haqqına aşağıdakı qaydada endirim və güzəştlər tətbiq olunur:
Beynəlxalq fənn olimpiadalarında ilk 3 yer tutmuş şagirdlərə:
- 1-ci yer: 100%
- 2-ci yer: 50%
- 3-cü yer: 30%
Beynəlxalq layihə olimpiadalarında ilk 3 yer tutmuş şagirdlərə:
- 1-ci yer: 50%
- 2-ci yer: 30%
- 3-cü yer: 20%
Respublika fənn olimpiadalarında ilk 3 yer tutmuş şagirdlərə:
- 1-ci yer: 50%
- 2-ci yer: 30%
- 3-cü yer: 20%
Respublika layihə olimpiadalarında ilk 3 yer tutmuş şagirdlərə:
- 1-ci yer: 30%
- 2-ci yer: 20%
- 3-cü yer:10%
Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid övladlarına tətbiq olunan güzəştlər (bu güzəşt YAŞAT Fondu vasitəsilə tətbiq olunur):
- Vətən Müharibəsi şəhidlərini övladlarına 100% nisbətində (eyni anda təhsil alan maksimum 10 şagird olmaqla);
- Vətən Müharibəsi qazilərinin övladlarına 50% nisbətində güzəşt tətbiq edilir (eyni anda təhsil alan maksimum 10 şagird olmaqla).