Kurikulum

 Tətbiq olunan kurikulumlar

Zənginləşdirilmiş milli kurikulum

İbtidai məktəb

Azərbaycan bölməsinin ibtidai siniflərində əsas tədris proqramı kimi zənginləşdirilmiş milli kurikulumdan istifadə olunur. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır. Tədris prosesində müəllimlər özünəməxsus və interaktiv təlim metodlarından istifadə edərək şagirdləri dərsdə aktiv iştirak etməyə təşviq edir, fərdi yanaşma ilə onların potensialını ortaya çıxarıb inkişaf etdirirlər.   

Orta məktəb

Orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur. 10-cu və 11-ci siniflərdə təhsil təmayül üzrə aparılır.


Kembric kurikulumu


Mərkəzimiz Azərbaycanda Kembric kurikulumunu təklif edən aparıcı məktəbdir. Xüsusi tərtib olunmuş kurikulumlar beynəlxalq tədris prosesini tam əhatə edir və şagirdlərə digər həmyaşıdları ilə birlikdə ibtidai, orta və yuxarı pillələrdə təhsil alarkən öz potensialını kəşf etmə imkanı yaradır. Beynəlxalq Kembric proqramı ibtidai (1-5) və orta tədris pillələrini (6-10) əhatə edir.

Biz dünyanın aparıcı universitetlərindən biri olan Kembric Universitetinə məxsus yeganə imtahan mərkəzinə sahib, Beynəlxalq Təhsil üzrə Kembric Qiymətləndirməsi (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçmiş rəsmi beynəlxalq məktəbik. Kembric beynəlxalq kvalifikasiyalar sistemi şagirdlərə davamlı öyrənmə həyəcanı və yeni bilikləri şüurlu şəkildə əldə etmə bacarıqları aşılayır. Kembric Beynəlxalq məktəbi olaraq 5-16 yaşlı şagirdlər üçün Kembric (ibtidai, aşağı orta və yuxarı orta (IGCSE)) proqramları təklif edirik.

Şagirdlər IGCSE proqramı üzrə təhsillərini başa vurduqdan sonra ali təhsil proqramlarına hazırlaşmağa başlayırlar. 11-ci sinifdə hər bir şagird seçdiyi ali təhsil ixtisasına uyğun, onun üçün xüsusi hazırlanmış proqram üzrə təhsilini davam etdirir. Mərkəzimiz, həmçinin “AS/A Level” proqramlarının tədrisini də təklif edir və “Cambridge International A Level”, adətən, iki, “Cambridge International AS Level” isə bir il davam edir. Cambridge International AS və A Level proqramları 55 fənn üzrə istənilən kombinasiyada seçim etmə azadlığı verir. Bununla da şagirdlər geniş əhatəli proqram və ya ixtisaslaşmanı seçmə imkanına sahib olurlar. Cambridge International AS və A Level Britaniya məktəblərində təhsil alan şagirdlərin əldə etdiyi AS və A Level ilə bərabər tutulur və bütün Britaniya, eləcə də İrlandiya, ABŞ, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Cənubi Afrika, Niderland, Almaniya, İspaniya və Kanada universitetləri də daxil olmaqla dünyanın bir çox nüfuzlu universitetlərində təhsil alma fürsəti yaradır.

Kipinä kurikulumu

“Kipinä” kurikulumu Finlandiyanın “Məktəbəqədər təhsil və tədris haqqında əsas milli kurikulumu”nda müəyyənləşdirilən təlim konseptinə və uşaq inkişafı ilə bağlı son elmi tədqiqatların nəticələrinə əsaslanır.

Burada uşaqların oyun əsaslı öyrənmə ilə məktəb həyatına uğurlu başlaması və gələcək üçün tələb olunan müxtəlif bacarıqları mənimsəməsi hədəflənir.

“Kipina” kurikulumu hər bir uşağın emosional, sosial, koqnitiv və fiziki inkişafına xüsusi diqqət ayıran altı əsas sahə və innovativ fəaliyyəti əhatə edir.

  1.  Araşdırma və oyun vasitəsilə koqnitiv inkişaf
  2.  Riyazi biliklər
  3.  Savadlılıq, ünsiyyət və dil
  4. Münasibətlər və şəxsiyyətin inkişafı
  5. Fiziki inkişaf və sağlamlıq haqqında maariflənmə
  6. Mədəni maariflənmə və müxtəliflik


Kurikulum üzrə nəzərdə tutduğumuz bacarıqlar və təlim nəticələri, həmçinin altı fəaliyyət sahəsi XXI əsr bacarıqlarının inkişafını dəstəkləyir. Uşaqlar tənqidi düşüncə, kreativlik, ünsiyyət və birgə fəaliyyətdən istifadə edərək hər gün müəllimə suallar verməklə və gündəlik məşğələlər vasitəsilə innovativ düşünmə və problem həll etmə qabiliyyətlərini inkişaf etdirirlər.

Üstünlüklər:

  1. 3 dildə tədris (azərbaycan, rus, ingilis);
  2. Təhlükəsiz və gigiyenik otaqlar;
  3. Təxəyyül və yaradıcılığı artıran infrastruktur;
  4. Kamerlarla müşahidə sistemi;
  5. Öyrədici oyun mühiti;
  6. Xüsusi tibbi xidmət;
  7. Mobil tətbiq;
  8. Gün ərzində 4 dəfə qidalanma.

Ətraflı məlumat üçün: https://kipinakids.com/az/