İnkişaf yolumuz

2001
Mərkəz təsis edildi. Birinci korpus və uşaq bağçası binası istifadəyə verildi. İbtidai siniflər üzrə Azərbaycan və rus dillərində tədris başlandı.
2004
Moskva şəhərində yerləşən Lomonosov Məktəbi ilə rəsmi əməkdaşlıq əsasında “İntellekT” təlim proqramının Azərbaycandakı rəsmi nümayəndəsi kimi müvafiq proqramın tətbiqinə başlandı.
2006
İlk məzunlarımızı gələcək həyata yola saldıq.
2007
Ümumi sahəsi 10 min m²-dən çox olan II Korpus binası və Qalereya istifadəyə verildi. İbtidai siniflər yeni korpusa köçürüldü.
2008
Mərkəzin nəzdində dünyanın aparıcı universiteti Kembric Universitetinə məxsus, Beynəlxalq Təhsil üzrə Kembric Qiymətləndirməsi (Cambridge Assessment International Education) sistemində qeydiyyatdan keçərək rəsmi beynəlxalq məktəb fəaliyyətə başladı.
2010
Mərkəzdə beynəlxalq “TOEFL iBT” imtahan mərkəzi fəaliyyətə başladı.
2012
Mərkəzi İsveçrədə yerləşən, 1968-ci ildə yaradılmış Beynəlxalq Bakalavriat- The International Baccalaureate® (IB) təşkilatında qeydiyyatdan keçərək səlahiyyətli Beynəlxalq Bakalavriat Məktəbi kimi fəaliyyətə başlandı.
2015
Məktəb rəhbərliyinə, müəllim, valideyn və şagirdlərə öyrənmə prosesinə interaktiv nəzarət imkanı yaradan Məktəb İdarəetmə və Öyrənmə Sistemi (SMLS) istifadəyə verildi.
2019
Mərkəzin nəzdindəki Uşaq bağçası və Məktəbəqədər hazırlıq mərkəzi rəsmi lisenziya ilə Finlandiya kurikulumu əsasında qurulmuş qlobal “Kipina” brendi ilə fəaliyyət göstərməyə başladı. Uşaq bağçası və məktəbəqədər hazırlıq müəssisəsinin binası və infrastrukturu “Kipina”nın standartları əsasında yeniləndi.
2020
Onlayn dərslərin təşkili, digər idarəetmə sistemlərinin çevik inteqrasiyası, şagird, valideyn və müəllimlərin öyrənmə prosesində birgə aktiv iştirakını təmin edən Məktəb İdarəetmə Sistemi (MİS) istifadəyə verildi.
2021
Bütün sinif otaqları elektron lövhələrlə təchiz edildi.
2021
Mərkəzimiz "Leader in me" proqramına qoşuldu.
2022
Mərkəzimizdə dünya standartlarına cavab verən Elm Laboratoriyaları Mərkəzinin açılışı həyata keçirildi.