8 iyun 2019-cu il tarixində XXI Əsr Beynəlxalq Təhsil Mərkəzi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzimizin şagirdlərindən ibarət futbol komandası ilə ölkəmizdə yaşayan qaçqın ailələrin uşaqları arasında futbol oyunu keçirilmişdir.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş oyunun əsas məqsədi müxtəlif ölkələrdən gələn uşaqlar arasında həmrəylik mühitinin formalaşdırılması, qarşılıqlı anlaşma və tolerantlıq duyğularının inkişaf etdirilməsi olmuşdur.
Övladları üçün ən yaxşı məktəbi seçmək valideynlərin həyatda verdikləri ən məsuliyyətli qərarlardan biridir. Bu qərarı vermənizdə sizə köməklik göstərməyə hazırıq.
Məlumat əldə edin