"Spelling Bee" yarışması keçirilmişdir

21 Dekabr 2018-ci ildə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində “Spelling Bee” yarışması keçirildi. Mərkəzin 6-cı, 7-ci və 8-ci siniflərinin iştirak etdikləri yarışda şagirdlər ingilis dilində sözləri düzgün hərfləmə bacarıqlarını nümayiş etdirdilər. Həyacanlı və əyləncəli keçən yarışda 9 raund ərzində 200-dən çox söz iştirakçılar tərəfindən hərflərlə tələffüz edildi. Ən çox sözü hərflərə bölərək düzgün tələffüz etməyi bacaran 7-E sinif şagirdi Züleyxa Mustafayeva rəqabətlə keçən yarışın qalibi olmuşdur. Beynəlxalq Təhsil üzrə Amerika Şurasının ölkə üzrə direktoru xanım Jodi Blankenship münsiflər heyəti arasında idi. Müsabiqənin iştirakçıları məktəb tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olundular.

BİZƏ QOŞULUN