Şagirdlərimizi uğurlu gələcəyə yönləndirmək məqsədi ilə mütəmadi olaraq Mərkəzimizdə ekspertlərlə və tanınmış ali təhsil müəsisələrinin təmsilçiləri ilə görüşlər keçirilir. Belə görüşlərdən biri 4 noyabr tarixində Glion və les Roches Universitetlərinin nümayəndələri ilə baş tutdu. Görüşdə sözügedən təhsil müəssisələri ilə bağlı şagirdlərimizə ətraflı məlumat verildi və onların sualları cavablandırıldı.
Övladları üçün ən yaxşı məktəbi seçmək valideynlərin həyatda verdikləri ən məsuliyyətli qərarlardan biridir. Bu qərarı vermənizdə sizə köməklik göstərməyə hazırıq.
Məlumat əldə edin