Mərkəzimizin əsas missiyası yüksək səviyyədə təhsil verməklə yanaşı cəmiyyətə müsbət töhfə verəcək, ətraf mühitə və fərqliliklərə hörmət göstərən gənclər yetişdirməkdir. Bu məqsədlə Mərkəzimizdə “Parlaq gələcək” adlı sosial layihəyə start verdik. Layihə çərçivəsində ilk tədbirimiz 7 noyabr tarixində şagirdlərimizin iştirakı ilə baş tutdu və milli sərvətimiz olan Xəzər dənizinin sahil zolağının kiçik bir hissəsini müxtəlif tullantı və zibillərdən təmizlədik.
Övladları üçün ən yaxşı məktəbi seçmək valideynlərin həyatda verdikləri ən məsuliyyətli qərarlardan biridir. Bu qərarı vermənizdə sizə köməklik göstərməyə hazırıq.
Məlumat əldə edin