XƏBƏRLƏR

Yardım kampaniyası

16/02/2023

Yardım kampaniyası

Can qardaşımız Türkiyədə son günlərdə yaşanan təbii fəlakət bizləri də olduqca dərindən sarsıtdı.

Mərkəzimizdə də yardım kampaniyası başlanaraq iki istiqamət üzrə - həm əşya formasında, həmçinin maddi formada yardımlar toplanıldı. Kampaniya çərçivəsində şagirdlərimiz, onların ailələri və bütün Mərkəz kollektivi tərəfindən yığılan yardımlar artıq ehtiyac sahibləri üçün göndərilmişdir.

Ağrınızı, kədərinizi sizinlə birgə ən dərin hislərimizlə yaşayırıq. Bu dəhşətli faciədə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.