Mərkəzimizin aşağı sinif şagirləri kimsəsiz uşaqları ziyarət ediblər.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Beynəlxalq bölməsində təhsil alan 3-cü sinif şagirdləri noyabrın 25-də “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olublar. Kembric proqramının “Global Perspectives” (Qlobal Perspektivlər) dərsi çərçivəsində baş tutan görüşdə şagirdlərimiz kimsəsiz uşaqlara hazırladığı hədiyyələri təqdim ediblər, həmçinin onlarla birlikdə oyun oynayaraq və mahnı oxuyaraq əyləncəli vaxt keçiriblər.
 
Mərkəzimiz şagirdlərmizə 21-ci əsr bacarıqlarını qazandırmaqla yanaşı onların milli dəyərlərə sadiq şəxsiyyət kimi yetişməsində maraqlıdır. Digər üstünlüklərimizlə bu keçiddə ətraflı tanış ola bilərsiniz.
 
 

BİZƏ QOŞULUN