Şagirdlərimiz bilik sərgisinin qalibi olublar.
Mərkəzimizin yuxarı sinif şagirdləri dekabrın 18-də Azərbaycan Britaniya Kollecində keçirilən məktəblərarası bilik sərgisində iki layihə ilə iştirak edərək bu sərgidə ən yüksək yerləri qazanıblar. STEAM mövzusunda keçirilən sərgidə ictimaiyyətə təqdim olunmuş 54 layihə arasında şagirdlərimizin hazırladıqları layihələr araşdırma kateqoriyası üzrə 1-ci və 2-ci yerə layiq görülüb.
 
Belə ki, şagirdlərimizdən  Rəsul Şərifov  (8e) və Natiq Ağayevin (10e) “Avtomatik pəncərə açan” adlı layihəsi 1-ci yerə, Jasmin Abdullayeva (9e) və Aylin Sadıxovanın (9e) “Dünyanı biotullantılardan və su çatışmazlığından ən yeni texnologiyalarla xilas etmək” adlı layihəsi ikinci yerə layiq görülüb.
 
Mərkəzimizdə şagirdlərimizin öz-özlərinə kəşflər etməsinə fürsət verən, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən və ətraf mühitə dair həssaslıqlarını artıran STEAM əsaslı təhsil veririk. Bu haqda ətraflı məlumat keçiddə: https://www.21century.edu.az/az/ourschool/steam

BİZƏ QOŞULUN