Mərkəzimiz “Spelling Bee” yarışmasına evsahibliyi edib.

XXI Əsr Beynəlxalq Təlim və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə paytaxt Bakıda beynəlxalq kurikulum üzrə fəaliyyət göstərən məktəblər arasında “Spelling Bee” yarışması keçirilib. İngilis dilində olan çətin sözləri düzgün hərfləməyə dair keçirilən bu yarışmada bir çox məktəbin ən yaxşılarından ibarət 31 şagird dil bilgisi və bacarıqlarını sınayıblar.

Əyləncəli şəraitdə baş tutan gərgin mübarizənin nəticəsində 1-ci yerə Baku Oksford Məktəbinin təmsilçisi Aarna Pançal yiyələnib. İkinci və üçüncü yerlərə müvafiq olaraq Sabis Sun Beynəlxalq Bakı Məktəbinin şagirdi Cahan Ağayeva və Mərkəzimizin müdavimi Züleyxa Mustafayeva sahib olublar. Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Xatırladaq ki, hazırda Mərkəzimizdə 8-ci sinifdə oxuyan Züleyxa Müstafayeva ötən il 21 dekabr tarixində Mərkəzimizin 6, 7 və 8-ci sinif şagirdlərindən ibarət 200-dən çox iştirakçı arasında baş tutmuş yarışmada ən çox sözü hərflərə bölərək düzgün tələffüz etməklə qələbə qazanmışdı.

Mərkəzimiz şagirdlərimizin dünyagörüşünün daha da genişləndirilməsi və onların motivasiyalarının artırılması məqsədilə il ərzində çoxsaylı tədbirlər, o cümlədən yarışmalar keçirir. Bu haqda ətraflı məlumat keçiddə: https://www.21century.edu.az/az/ourschool/events

BİZƏ QOŞULUN