12 iyun 2026-cı il tarixində XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində "Son Zəng" tədbiri keçirildi. Tədbirdə müəllimlər, valideynlər və qonaqlar iştirak edərək məzunların məktəb həyatının son gününü birlikdə qeyd etdilər.
Mərasim zamanı məzunlar məktəb illərinə duyğulu anlarla vida edərək, gələcək həyatlarına doğru yeni bir mərhələyə qədəm qoydular. Tədbir çıxışlar, bədii proqram və ənənəvi "Son Zəng" mərasimi ilə yadda qaldı.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi bu il də bilikli, lider ruhlu, özünəinamlı və məqsədyönlü gəncləri məzun etməyin qürurunu yaşadı. Məzunların gələcək təhsil və peşə həyatlarında yeni uğurlara imza atacaqlarına inanır, onlara müvəffəqiyyətlər arzulayırıq.
Sizi məktəbimizlə yaxından tanış olmağa dəvət edirik. Fərdi görüş təyin edin, suallarınızı ünvanlayın.