Tədris proqramları (Kurikulum)

1. Milli kurikulum proqramı

İbtidai siniflər (Azərbaycan bölməsi)

Dərslərdə tətbiq edilən əsas təlim dili Azərbaycan dilidir. Azərbaycan bölməsinin ibtidai sinif şagirdlərinin ümumi nitq  və dil bacarıqlarını formalaşdırmaqla nitq mədəniyyətinə yiyələnmələri təmin edilir.Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olması vacib hesab edilir.

Azərbaycan bölməsinə daxil olan ibtidai sinif şagirdləri ilkin sadə biliklərə malik olmalıdır.

Azərbaycan bölməsinin ibtidai siniflərində əsas tədris proqramı kimi milli kurikulum tətbiq olunur. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır. Tədris prosesində müəllimlər tərəfindən fəal və interaktiv təlim metodlarından istifadə şagirdləri fəallaşdırır, onları axtarıcılığa, tədqiqatçılığa sövq edir.    

 Kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.   Tədris ili ərzində şagird biliyini yoxlamaq məqsədilə müxtəlif monitorinqlər keçirilir, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz mütəmadi olaraq (həftədə, ayda, yarımilin sonunda) qiymətləndiriılir.

Azərbaycan bölməsinin ibtidai siniflərində əsas xarici dil kimi ingilis dili tədris olunur. Birinci siniflərdə həftədə 4 saat olmaqla şagirdlərdə dinləyib anlama, sadə danışıq strukturunun mənimsənilməsi və ifadə olunmasının əsası qoyulur. İkinci sinifdən başlayaraq ( 2-ci sinifdə həftədə 4 saat, 3-cü və 4-cü siniflərdə həftədə      5 saat) şagirdlərdə lüğət ehtiyatinin zənginləşdirilməsi və fəal istifadəsi, qrammatikanın əsaslarının öyrənilməsi və tətbiqi, oxuyub anlama, dinləyib anlama və danışıq vərdişlərinin inkişaf etdirilməsi üzrə iş aparılır.

Şagirdlərə həftədə üç saat ikinci xarici dil kimi rus dili tədris olunur.

1-ci sinifdən başlayaraq ibtidai sinif şagirdlərinə “İntellekT”  fənni tədris olunur(“İntellekT”Təhsil texnologiyası – müəllif  p.e.d. M.A.Ziqanov (Moskva şəh. Lomonosov adına məktəbin elmi rəhbəri).

Tədris proqramının tələblərinə cavab verməyən şagirdlərə fərdi dəstəklə iş tətbiq edilir.

Siniflərdə şagirdlərin sayı maksimum 16 nəfərdir. Bu, müəllimlərə hər bir şagirdə maksimum diqqət ayırmağa imkan yaradır. Hər sinifdə müəllim və müəllim-assistent fəaliyyət göstərir.

İbtidai siniflərdə ana dili, riyaziyyat, həyat bilgisi və “İntellekt” fənnini sinif müəllimi, digər fənləri isə ixtisas müəllimləri tədris edir.

Azərbaycan bölməsində tədris olunan fənlər:

  • Azərbaycan dil
  • Rus dili
  • İngilis dili
  • Riyaziyyat
  • İnformatika
  • Həyat bilgisi
  • Texnologiya
  • Təsviri incəsənət
  • Fiziki tərbiyə
  • Musiqi
  • “İntellekT” texnologiyası

İbtidai siniflər (rus bölməsi)

Dərslərdə tətbiq edilən əsas təlim dili rus dilidir.Rus bölməsinə qəbul olan ibtidai sinif şagirdləri rus dilində danışmalı, öz fikrini bu dildə ifadə etməyi bacarmalı,ilkin sadə biliklərə malik olmalıdır. Rus bölməsinin ibtidai sinif şagirdlərinin ümumi nitq  və dil bacarıqlarını formalaşdırmaqla nitq mədəniyyətinə yiyələnmələri təmin edilir.

Rus bölməsinin ibtidai siniflərində əsas tədris proqramı kimi milli kurikulum tətbiq olunur. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradır. Tədris prosesində müəllimlər tərəfindən fəal və interaktiv təlim metodlarından istifadə şagirdləri fəallaşdırır, onları axtarıcılığa, tədqiqatçılığa sövq edir.

Kurrikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.   Tədris ili ərzində şagird biliyini yoxlamaq məqsədilə müxtəlif monitorinqlər keçirilir, şagirdlərin inkişafını müəyyən etmək və müəllimlərin təlim nəticələrinin səmərəliliyini təmin etmək məqsədilə şagirdlərimiz mütəmadi olaraq (həftədə, ayda, yarımilin sonunda) qiymətləndiriılir.

Rus bölməsinin ibtidai siniflərində əsas xarici dil kimi ingilis dili tədris olunur. Birinci siniflərdə həftədə 4 saat olmaqla şagirdlərdə dinləyib anlama, sadə danışıq strukturunun mənimsənilməsi və ifadə olunmasının əsası qoyulur. İkinci sinifdən başlayaraq ( 2-ci sinifdə həftədə 4 saat, 3-cü və 4-cü siniflərdə həftədə      5 saat ) şagirdlərdə lüğət ehtiyatinin zənginləşdirilməsi və fəal istifadəsi, qrammatikanın əsaslarının öyrənilməsi və tətbiqi, oxuyub anlama, dinləyib anlama və danışıq vərdişlərinin inkişaf etdirilməsi üzrə iş aparılır.

Azərbaycan dili dövlət tələbi olaraq rus bölməsində həftədə üç saat tədris olunur.

1-ci sinifdən başlayaraq ibtidai sinif şagirdlərinə “İntellekT”  fənni tədris olunur(“İntellekT”Təhsil texnologiyası – müəllif  p.e.d. M.A.Ziqanov (Moskva şəh. Lomonosov adına məktəbin elmi rəhbəri).

Tədris proqramının tələblərinə cavab verməyən şagirdlərə fərdi dəstəklə iş tətbiq edilir.

Siniflərdə şagirdlərin sayı maksimum 16 nəfərdir. Bu, müəllimlərə hər bir şagirdə maksimum diqqət ayırmağa imkan yaradır. Hər sinifdə müəllim və müəllim-assistent fəaliyyət göstərir.

İbtidai siniflərdə ana dili, riyaziyyat, həyat bilgisi və “İntellekt” fənnini sinif müəllimi, digər fənləri isə ixtisas müəllimləri tədris edir.

  Rus bölməsində tədris olunan fənlər:

  • Rus dili
  • Azərbaycan dili  (Dövlət dili kimi)
  • İngilis dili
  • Riyaziyyat
  • İnformatika
  • Həyat bilgisi
  • Texnologiya
  • Təsviri incəsənət
  • Fiziki tərbiyə
  • Musiqi
  • “İntellekT” texnologiyası

 

Orta məktəb- Azərbaycan bölməsi

Kurikulum

Azərbaycan bölməsinin orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur.  X və XI siniflərdə təhsil təmayül üzrə aparılır.

Dərslərdə tətbiq edilən əsas təlim dili Azərbaycan dilidir, eyni zamanda  xarici dil kimi ingilis dili, ikinci xarici dil isə   rus dili  tədris olunur. Azərbaycan bölməsinin orta təhsil pilləsində təhsil almaq istəyən şagirdlər dilimizdə düzgün oxu, yazı, danışma və dinləmə bacarıqlarına sahib olmalıdırlar. Azərbaycan bölməsində ingilis dili dərinləşmiş proqramla tədris edilir.

Azərbaycan bölməsinin orta təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

  • Azərbaycan dili və ədəbiyyat
  • Rus dili
  • İngilis dili
  • Riyaziyyat
  • İnformatika
  • Ümümi tarix
  • Azərbayjan tarixi
  • Həyat bilgisi
  • Coğrafiya
  • Biologiya
  • Kimya
  • Fizika
  • Dünya mədəniyəti tarixi
  • Texnologiya
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Texnologiya “İntellekt”

 

Qiymətləndirmə

Mərkəzimizdə V-XI siniflər üzrə kiçik və böyük summativ qiymətləndirmə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının (28 dekabr 2018-ci il tarixli, 8\1nömrəli) qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın düzgün və səmərəli tətbiqi məqsədilə hazırlanmış qaydaya uyğun həyata keçirilir.

Mərkəzimizdə məktəbdaxili qiymətləndirmənin növləri kimi diaqnostik, formativsummativ qiymətləndirmələr nəzərdə tutulur.

Məlum olduğu kimi, diaqnostik qiymətləndirmənin əsas məqsədi ilkin səviyyənin qiymətləndirilməsidir. Bu baxımdan diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin, dərs ilinin əvvəlində, eləcə də tədris vahidinin (bölmə, fəsil), hər hansı bir mövzunun tədrisinin başlanğıcında, həmçinin başqa sinif və ya məktəbdən yeni şagird qəbul olunduqda şagirdin səviyyəsini müəyyənləşdirmək üçün aparılır.

Formativ qiymətləndirmə isə şagirdlərin məzmun standartlarının mənimsənilməsi ilə əlaqədar irəliləyişlərin monitorinqidir. Qiymətləndirmə monitorinq və analizə əsasən həftədə bir dəfə aparıla bilər.

Eyni zamanda bütün siniflərdə bütün fənlər üzrə hər  yarımildə 3 dəfədən az olmayaraq KSQ keçirilir.

V-VIII siniflərdə həm buraxılış imtahanı fənləri üzrə, həm də pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə BSQ keçirilir.

IX-XI siniflərdə  isə böyük summativ qiymətləndirmə  bütün fənlər üzrə, digər siniflərdə isə buraxılış imtahanı keçirilən fənlər (Azərbayan dili, riyaziyyat və ingilis dili)üzrə aparılır.

Ümumtəhsil məktəblərinin təmayülləşmə tətbiq edilən siniflərində əlavə olaraq müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə BSQ keçirilir. Mərkəzimizdə də buna uyğun olaraq X siniflərdə peadqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş əsas təmayül fənlər üzrə BSQ keçirilir.

 

Orta məktəb- Rus bölməsi

Kurikulum

Rus bölməsinin orta təhsil pilləsində əsas tədris proqramı kimi milli tədris proqramı (kurikulum) tətbiq olunur.  X və XI siniflərdə təhsil təmayül üzrə aparılır.

Eyni zamanda rus bölməsində əsas dil rus dili, ikinci dil kimi ingilis dili, ikinci xarici dil kimi  alman dili  tədris olunur. Dövlət dili kimi Azərbaycan dilinin tədrisinə xüsusi yer ayrılır. Rus bölməsində ingilis dili dərinləşmiş proqramla tədris edilir.

Rus bölməsinin orta təhsil pilləsində aşağıdakı fənlər tədris olunur:

  • Rus dili və ədəbiyyat
  • Azərbaycan dili
  • İngilis dili
  • Alman dili
  • Riyaziyyat
  • İnformatika
  • Ümümi tarix
  • Azərbayjan tarixi
  • Həyat bilgisi
  • Coğrafiya
  • Biologiya
  • Kimya
  • Fizika
  • Dünya mədəniyəti tarixi
  • Texnologiya
  • Təsviri incəsənət
  • Musiqi
  • Fiziki tərbiyə
  • Texnologiya “İntellekt”

 

Qiymətləndirmə

Mərkəzimizdə V-XI siniflər üzrə kiçik və böyük summativ qiymətləndirmə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının (28 dekabr 2018-ci il tarixli, 8\1nömrəli) qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın düzgün və səmərəli tətbiqi məqsədilə hazırlanmış qaydaya uyğun həyata keçirilir.

Mərkəzimizdə məktəbdaxili qimətləndirmənin növləri kimi diaqnostik, formativ və summativ qiymətləndirmələr nəzərdə tutulur.

Məlum olduğu kimi, diaqnostik qiymətləndirmənin əsas məqsədi ilkin səviyyənin qiymətləndirilməsidir. Bu baxımdan diaqnostik qiymətləndirmə, adətən, təhsil səviyyəsinin, dərs ilinin əvvəlində, eləcə də tədris vahidinin (bölmə, fəsil), hər hansı bir mövzunun tədrisinin başlanğıcında, həmçinin başqa sinif və ya məktəbdən yeni şagird qəbul olunduqda şagirdin səviyyəsini müəyyənləşdirmək üçün aparılır.

Formativ qiymətləndirmə isə şagirdlərin məzmun standartlarının mənimsənilməsi ilə əlaqədar irəliləyişlərin monitorinqidir. Qiymətləndirmə monitorinq və analizə əsasən həftədə bir dəfə aparıla bilər.

Eyni zamanda bütün siniflərdə bütün fənlər üzrə hər  yarımildə 3 dəfədən az olmayaraq KSQ keçirilir.

V-VIII siniflərdə həm buraxılış imtahanı fənləri üzrə, həm də pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə BSQ keçirilir.

IX-XI siniflərdə  isə böyük summativ qiymətləndirmə  bütün fənlər üzrə, digər siniflərdə isə buraxılış imtahanı keçirilən fənlər (Azərbayan dili, riyaziyyat və ingilis dili)üzrə aparılır.

Ümumtəhsil məktəblərinin təmayülləşmə tətbiq edilən siniflərində əlavə olaraq müəssisənin pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə BSQ keçirilir. Mərkəzimizdə də buna uyğun olaraq X siniflərdə peadqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş əsas təmayül fənlər üzrə BSQ keçirilir.

 

2. Beynəlxalq təhsil proqramları (Kembric və IBDP)

Bizim Mərkəzin tərkibində fəaliyyət göstərən Beynəlxalq Məktəb aşağıdakı təhsil proqramlarını tətbiq edir:

  • Kembric İbtidai
  • Kembric aşağı orta
  • Kembric yuxarı orta (Kembric Orta Təhsil üzrə Beynəlxalq Ümumi Sertifikat Proqramı (IGCSE)
  • IB Diplom Proqramı
  • Beynəlxalq Bakalavriatın Diplom Proqramı (IB DP) (10-11)

  

3. "İntellekt"

İntellekt Laboratoriyası 20 il əvvəl M.Ziqanovun başçılığı ilə gənc alimlər tərəfindən yaradılmağa başlamışdır. Mərkəzimizdə bu texnologiya 2000-ci ildən etibarən tətbiq edilir. “İntellekT” Təhsil Texnologiyası “XXI ƏSR BTİM”-in tədris planına ayrıca fənn kimi daxil edilmişdir.

2006-cı ilin iyun ayında “XXI ƏSR BTİM”-də “İntellekT” Təhsil Texnologiyası  laboratoriyası yaradılmışdır. Laboratoriyanın əməkdaşları tərəfindən şagirdlərin təfəkkürünü, diqqətini, nitqini, yaddaşını inkişaf etdirən tapşırıqlar tərtib olunur.

2008-ci ildən başlayaraq hər il Mərkəzimizdə “İntellekt” Marafonu keçirilir. Şagirdlər “İntellekT” Təhsil Texnologiyası  laboratoriyasının əməkdaşları tərəfindən hazırlanmış tapşırıqları yerinə yetirərkən öz qeyri-adi intellektual bacarıqlarını, təxəyyül və təfəkkürlərinin gücünü nümayiş etdirirlər. Bu  onlar üçün məntiqi tapşırıqlarla zəngin, maraqlı bilik bayramıdır .

Marafonda yüksək nəticələr göstərmiş şagirdlər beynəlxalq intellekt yarışlarında iştirak edirlər.

 

 

4. Əlavə dəstək fəaliyyətləri

Dərsdənkənar fəaliyyətlər

Şagirdlər Beynəlxalq və fənn olimpiadalarında, tədqiqat-layihə işlərində, bilik yarışmalarında, intellektual marafonlarda, müxtəlif  tədbirlərdə, müsabiqələrdə, idman yarışlarında, konsertlərdə və s. iştirak edirlər.

Təhsil müddətində şagirdlər müxtəlif dərsdənkənar tədbirlərə cəlb olunurlar: şəhər üzrə  ekskursiya, yaxın və uzaq xarici səfərlər, muzeylər, teatrlar  və s.

Psixoloqla iş

Peşəkar psixoloqlar tərəfindən şagirdlər, müəllimlər və valideynlər üçün  diaqnostika, korreksiya və  məsləhət saatları keçirilir.

Tibbi xidmət

Mərkəzdə şagirdlərin tibbi yoxlanışı  mütəmadi olaraq peşəkar həkimlər tərəfindən aparılır. Tibbi heyət şagirdlərin səhhətində qarşıya çıxan problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görür.

Kitabxana

Məktəbimizin kitabxanası kitabxana texnikası, kompüter, internet, Azərbaycan, rus və ingilis dillərində böyük həcmdə məlumat kitabları, lüğətlər, ensiklopediyalar, bədii ədəbiyyat, dərslik  nümunələri və metodik vəsaitlərlə təmin olunmuşdur. .

Şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlər ( diskussiyalar, konfranslar, viktorinalar və s.) keçirilir.

Qidalanma

Qidalanma gün ərzində 3 dəfədir. Ehtiyac olduqda pəhriz masası hazırlanır. Ərzaqların keyfiyyəti ciddi yoxlanılır. Bütün proseslər həkim nəzarətindədir.

Günün ikinci yarısında  müstəqil  hazırlıq  dərsləri keçirilir. Tapşırıqların keyfiyyətli  yerinə  yetirilməsinə müəllimlər nəzarət edirlər. Dərnəklər və dərsdənkanar məşğələlər cədvəl əsasında təşkil edilir.

Mərkəz sentyabr ayının 15-dən iyun ayının 30-a kimi saat 08:30- dan 18:00-a qədər yarı-pansion rejimində işləyir.

BİZƏ QOŞULUN