XƏBƏRLƏR

M. F. Axundov adına Azərbaycan Milli kitabxanasına ekskursiya

04/11/2021

M. F. Axundov adına Azərbaycan Milli  kitabxanasına ekskursiya

2 noyabr 2021-ci il tarixində Mərkəzimizin 8R sinif şagirdləri üçün İngilis dili kafedrasının təşəbbüsü ilə 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbəmizə həsr olunmuş "Qarabağin Zəfər salnaməsi kitablarda yazılır" layihəsi çərçivəsində M. F. Axundov adına Azərbaycan Milli  kitabxanasına ekskursiya təşkil olunmuşdur. Ekskursiyanin məqsədi yeni nəslin milli kitabxanamızla tanışlığı, onun tarixi ve müasir fəaliyyəti ilə bağlı məlumat əldə etmək və kitabxanada Qarabağın tarixi, Qarabağ müharibəsi ilə bağlı ekspozisiya ilə tanışlıq idi. 

Şagirdlər oxu zalları, miniatür kitab muzeyi, nadir kitablar muzeyi ve Zəfər tariximizlə əlaqəli kitab guşəsi ilə yaxından tanış oldular. 

Bu layihə həmçinin şagirdlərimizin mövzu daxilində öz təəssüratlarını İngilis dilində inşa yazısı şəklində ifadə etmək və bu mövzuda təqdimatlar hazırlamaqla xarici dil vərdişlərinin inkişafına xidmət edəcəkdir.