XƏBƏRLƏR
“Uşaq hüquqları” hakatonu
26/11/2021

2021-ci il 20-21 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə,Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Uşaq Fondu (UNİCEF) və RİİB-in birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən “Uşaq hüquqları” hakatonunun final turu baş tutdu.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri: Rəsulov Teyyub, Zeynallı Rəsul və Aslanova Aytac 2 aydan artıq davam edən təlimlərdə fəal iştirak etmiş, bir neçə mərhələdən keçib finalda iştirak hüququ əldə etmişlər. Məktəblilərimizin “Zəka” komandası final turunda “Təhsildə uşaq hüquqları ” mövzusunda layihələrini uğurla təqdim edərək münsiflərin rəğbətini qazanmışlar.
Şagirdlərimizi uğurları münasibətilə təbrik edirik.