XƏBƏRLƏR
“Şagird müəllim rolunda”
04/03/2022

Azərbaycan dili və ədəbiyyat kafedrasının 21 fevral-2 mart tarixlərində keçirilən dekadası çərçivəsində Azərbaycan, rus və ingilis bölmələri şagirdləri arasında “Şagird müəllim rolunda ” adlı müsabiqə keçirildi.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə liderlik ruhunu və araşdırma qabiliyyətini formalaşdırmaq idi. Müsabiqədə Azərbaycan, rus və ingilis bölmələri üzrə 7-9-cu sinif şagirdləri iştirak edib. Qaliblər diplom və hədiyyələr ilə, digər şagirdlər isə sertifikatla təltif olundular.
Şagirdlərimizi gələcəyin liderləri kimi yetişdirmək əsas hədəflərimizdəndir. Onların uğurlu və parlaq gələcyi isə prioritetimizdir!