XƏBƏRLƏR

“YAŞAT” Fondu ilə əməkdaşlıq

04/03/2022

“YAŞAT” Fondu ilə əməkdaşlıq

Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində iştirak edən rəşadətli Azərbaycan ordusunun mərd, qorxmaz oğulları hər zaman ürəklərimizdə yaşayır. Tarix yazan ordumuzun böyük şücaəti və döyüş əzmi sayəsində biz, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdik. Məhz onların sayəsində biz yenidən ərazi bütövlüyümüzü bərpa etdik.

Mərkəzimiz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və əlilliyi müəyyən olunmuş şəxslərin övladları üçün ötən il “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində ödənişsiz və ya xüsusi güzəştlərlə təhsil alma imkanı təqdim etdi.

“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində hazırda 6 şəhid övladı XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilini davam etdirir.

Vətənin qəhrəman oğullarının övladlarının xoşbəxt və parlaq gələcəyi bizim üçün olduqca önəmlidir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.