XƏBƏRLƏR
Novruz bayramı
24/03/2022

Mərkəzimizdə Novruz bayramına həsr edilmiş tədbir keçirilib. Şagirdlərimiz çıxışları ilə müəllimlərin və valideynlərin bayramını təbrik ediblər. Bir daha həm şagirdlərimiz, həm də Mərkəzimizin kollektivi adından bayramınızı təbrik edir, xoşbəxtlik və səadət arzulayırıq.
Novruz bayramı bizə ulu əcdadlarımızın müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin adət və ənənələrinin, bütövlükdə milli varlığımızın təcəssümü olub, mədəni sərvətlərimiz arasında əvəzsiz yer tutur. Qoy bu bayram xalqımızın yeni xoş günlərinin, uğurlarının, gələcək zəfərlərimizin müjdəçisi olsun.
Bayramınız mübarək!