XƏBƏRLƏR
“eTwinning Plus” layihəsi
13/05/2022

11 may 2022-ci il tarixində “eTwinning Plus” layihəsi çərçivəsində "Avropa Mükafatı" qazanmış müəllimlər və “My Big İdea” müsabiqəsində qalib olmuş şagirdlər üçün mükafatlandırma mərasimi keçirilib.
Mərkəzimizin şagirdi İnci Bağırzadənin "Ətraf mühiti necə qoruya bilərik?” adlı layihəsi iştirak etmiş 300 layihə arasında III yerə layiq görülmüş, şagirdimiz diplom və dəyərli hədiyyə ilə təltif edilmişdir.
İnci Bağırzadəni təbrik edir, uğurlarının davamını arzulayırıq!