XƏBƏRLƏR
“STEAM Hub”
21/05/2022

Mərkəzimizdə “STEAM Hub” olaraq adlandırdığımız Elm Laboratoriyaları Mərkəzinin açılışı keçirildi.
Laboratoriya dünya standartlarına və beynəlxalq kurikulumların təhlükəsizlik daxil olmaqla bütün mövcud tələblərinə tam cavab verən, müasir cihaz və avadanlıqlarla təchiz olunub. Şagirdlərimiz burada müəllimlərin müşayiəti və təlimatları ilə müxtəlif sınaqlar, araşdırmalar apararaq kəşf etmə, araşdırma kimi bacarıqlarını inkişaf etdirə biləcəklər.
Açılışda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun, “PAŞA Bank” ASC-nin nümayəndələri və digər qonaqlar iştirak etdilər.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının Sədri Fərhad Qaraşov tədbirin açılışını edərək, qırmızı lenti kəsdi. Sonra qonaqlar laboratoriyada Fizika, Kimya, Biologiya, STEAM otaqlarını gəzərək, şagirdlərin apardığı təcrübələr, hazırladıqları işlərlə tanış oldular. Yeni qurulmuş laboratoriyanı gəzdikdən sonra qonaqlar da öz təəssüratlarını bölüşdülər.
Açılışdan olan görüntüləri aşağıda izləyə bilərsiniz.