XƏBƏRLƏR
STEAM Sərgisi
22/05/2022

Mərkəzimizdə 21 may 2022-ci il tarixində "STEAM Sərgisi" keçirilib. Sözügedən sərgi şagirdlərin elmə qarşı maraqlarını artırmaq, onların araşdırma, tənqidi və yaradıcı düşünmə, birlikdə işləmə, tətbiq və təqdim etmə kimi bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil edilmişdir.
Qeyd edək ki, sərgidə bütün bölmə və siniflər üzrə şagirdlər öz hazırladıqları layihələri təqdim ediblər. Komanda şəklində nümayiş etdirdikləri layihələr Mərkəz rəhbərliyi, müəllimlər və valideynlər tərəfindən maraqla qarşılanıb.
Sərgidən olan görüntüləri təqdim edirik.