XƏBƏRLƏR
Kipinada yeni dərs ili
05/09/2022

2019-cu ildən etibarən Mərkəzin nəzdində Finlandiya kurikulumu əsasında qurulmuş qlobal “Kipinä” brendi fəaliyyət göstərir. “Kipinä” kurikulumu Finlandiyanın “Məktəbəqədər təhsil və tədris haqqında milli kurikulumu”nda müəyyənləşdirilən təlim konseptinə və uşaq inkişafı ilə
bağlı son elmi tədqiqatların nəticələrinə əsaslanır.
1 sentyabr tarixində “Kipinä”da yeni dərs ilinə start verildi. Oyun əsaslı öyrənmə ilə uşaqların məktəb həyatına uğurlu başlaması və həyat boyu tələb olunan müxtəlif bacarıqları mənimsəməsini hədəflədiyimiz faəliyyətimizin bu il də uğurlu olacağına inanır, həm əziz uşaqlarımızı, həm də bütün kollektivi yeni dərs ilinin başlaması münasibətilə təbrik edirik!