XƏBƏRLƏR

Yüksək effektli insanların 7 vərdişi

26/09/2022

Yüksək effektli insanların 7 vərdişi

23-25 sentyabr tarixlərində Mərkəzimizdə FranklinCovey şirkətinin regional nümayəndələri tərəfindən Mərkəzdə təhsil alan şagirdlərin valideynləri və əməkdaşlarımız üçün "Yüksək effektli insanların 7 vərdişi" mövzusunda təlim keçirilmişdir.

Təlim Mərkəz ilə FranklinCovey şirkəti arasında 2021-ci il tarixində imzalanmış "Leader in Me" proqramının tətbiqi ilə bağlı əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil olunmuşdur.

"Leader in Me" şagirdlərimizin hərtərəfli inkişafına töhfə verən, onlarda liderlik və digər yumşaq bacarıqları (soft skills) inkişaf etdirməyə imkan verən kompleks inkişaf proqramıdır. Bu proqram çərçivəsində müəllim, şagird və valideynlərimiz üçün təlim və seminarların təşkil edilməsi və koçluq xidmətinin göstərilməsi nəzərdə tutulur. Proqram çərçivəsində cari dərs ilindən etibarən Mərkəzimizdə "Leader in Me" tədris proqramına da dərs kimi əlavə edilmişdir.

Qeyd edək ki, baş ofisi ABŞ-da yerləşən FranklinCovey şirkəti təşkilatlar və şəxslər üçün liderlik, fərdi effektivlik və biznesin icrası sahələrində təlim və qiymətləndirmə xidmətləri göstərən kouçinq şirkətidir.