XƏBƏRLƏR
Ağacəkmə aksiyası
23/12/2022

22 dekabr tarixində müəllimlərimizin də dəstəyi ilə 6-10-cu sinif şagirdlərimiz tərəfindən ağacəkmə aksiyası həyata keçirildi. Aksiyanın keçirilmə məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, şagirdlər arasında ekoloji tərbiyəni gücləndirmək və öz təbiətə töhfə verməkdən ibarət idi. Bununla yanaşı Mərkəzimizin şagirdləri təbliğat məqsədli çıxışlar edərək səsvermə aksiyası keçirmiş, ağacların kəsilməsinin təbiətə ziyan vurduğu, yaşıllıqların azaldığı və kağızların israf olunduğuna diqqət çəkmiş, ağacların təbiətə faydası barədə məlumat verərək hər kəsi təbiəti qorumağa səsləmişlər.
Gəlin təbiəti birlikdə qoruyaq!