XƏBƏRLƏR
SAF 2022
23/12/2022

Sevinc və qürur hissi ilə bildiririk ki, SAF 2022-də iştirak edən hər iki komandamız festivalı medallarla başa vurdular.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2022-ci il 5-9 dekabr tarixlərində keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”də iştirak edən Mərkəzimizin 4-cü sinif şagirdləri Yan Loqoşa, Leyla Ağazadə, Rodion Neymışev “Junior Engineers” komandasının üzvləri kimi “Dream World” kategoriyası üzrə ikinci yerə, müvafiq olaraq 10 və 11-ci sinif şagirdlərimiz Səbuhi Qəribov və Rəsul Şərifov isə “Engineers of XXI Century” komandasının üzvləri kimi “Survivor-High” kategoriyası üzrə üçüncü yerə layiq görülüblər.
“Junior Engineers” komandası həmçinin “Dream World” kategoriyası üzrə "Attractive team" nominasiyasına da layiq görülüb.
Şagirdlərimizi və onları bu festivala hazırlayan müəllimlərimizi bu müvəffəqiyyət münasibətilə ürəkdən təbrik edir, uğurlarının davamlı olmasınə arzu edirik!