XƏBƏRLƏR
“Şuşa inciləri” adlı breyn-rinq
23/12/2022

Cənab Prezident İlham Əliyevin 25 fevral 2022-ci il tarixli sərəncamına əsasən cari il “Şuşa ili” elan olunmuşdur.
16 dekabr 2022-ci il tarixində Mərkəzimizdə şagirdləri şuşalı şair və yazıçıların həyat və yaradıcılığı, həmçinin Şuşa ədəbi mühiti haqqında araşdırmalar aparmağa cəlb etmək, onlarda ədəbiyyatımıza, mütaliəyə maraq və sevgi yaratmaq məqsədilə “Şuşa inciləri” adlı məktəblərarası breyn-rinq təşkil olunmuşdur.
Breyn-rinqdə Mərkəzimizin “Şuşa XXI Əsrdə” komandası ilə yanaşı Yasamal Rayonu 18 nömrəli tam orta məktəbin “Müşfiqlər”, 132-134 nömrəli Təhsil kompleksinin “Dəmir yumruq”, Bakı Avropa liseyinin “Zəfər yolu”, İdrak Liseyinin “İdrak”, Tofiq İsmayılov adına 6 saylı məktəbin “5+1”, Landau məktəbinin “Arazbarı” komandalarının şagirdləri yarışdılar. Ənənəvi breyn-rinqlərdən biri olan “Şuşa inciləri”ndə ilk dəfə olaraq, Mərkəzimizin şagirdləri qalib gəldilər.
İştirak edən bütün məktəblərin şagirdlərinə, əməyi keçən əməkdaşlara təşəkkür edirik. Gənc nəslin dərin vətən sevgisi ilə, vətənpərvərlik ruhunda inkişafı bizi hər zaman qürurlandırır!