XƏBƏRLƏR

Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr edilmiş tədbir

13/05/2023

Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr edilmiş tədbir

May ayının 5-də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinə həsr edilmiş "Əbədi zirvə" adlı tədbir keçirildi.


“Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş tədbirin əsas məqsədi böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin şanlı tariximizdəki əbədi və dəyişməz rolunu bir daha şagirdlərə aşılamaq, Azərbaycan dövlətçiliyinin bərpasında Ulu Öndərin gördüyü əvəzsiz işləri xatırlamaq və dəyərli şəxsiyyətin ölməz xatirəsini yad etmək idi.


Milli qürur simvolumuza çevrilən "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!" sözlərinin banisi, Ulu Öndər!


Bu gün biz də fəxr edirik, fəxr edirik ki, tanrı xalqımıza Ümummilli Lider Heydər Əliyev kimi xilaskar və öndər bəxş etmişdir.


Dərin sevgi, hörmət və ehtiramla anırıq!