XƏBƏRLƏR

Zəfər həftəsi

03/11/2023

Zəfər həftəsi

Mərkəzimizdə təşkil edilən 30 oktyabr-3 noyabr 2023-cü il tarixlərini əhatə edən “Zəfər həftəsi” çərçivəsində Qarabağ müharibəsi əlili və qazisi, Azərbaycanın paraolimpiyalı cüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkizqat Avropa çempionu, 2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi İlham Əzizağa oğlu Zəkiyev şagirdlərimizin qonağı oldu.


O, döyüş tapşırıqlarının yerinə yetirilməsi və idman karyerasında qazandığı uğurlar haqqında şagirdlərin verdikləri sualları cavablandıraraq insan iradəsinin sərhəd tanımadığını bir daha hamıya nümayiş etdirdi.


Şagirdlərimiz qalib Azərbaycanın Zəfər yolunu əks etdirən səhnəciklərlə çıxış edərək, tədbirin qonaqlarına qələbə sevincini bir daha yaşatdılar.