XƏBƏRLƏR
Gələcək sahibkarların hazırlanması
15/11/2023

Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində şagirdlərə sahibkarlığın ilkin sirləri öyrədildi.
Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu çərçivəsində ilk tədbir noyabrın 14-də Mərkəzimizdə keçirildi. "Gələcək sahibkarların hazırlanması” adlı tədbirdə KOBİA, ICSB və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”nin nümayəndələri, 6 və 9-cu sinif şagirdləri, sahibkarlar iştirak etdilər.
Şagirdlərə sahibkarlığın ilkin sirlərini öyrətmək məqsədilə təşkil olunan tədbir yenilikçi təhsil tədbirlərindən hesab olunur. Gələcəyin biznes liderlərinin hazırlanması üçün vacib elementləri özündə birləşdirən tədbir çərçivəsində ICSB ekspertləri tərəfindən şagirdlərə sahibkarlığın əsas anlayışları, o cümlədən marketinq, qiymət və müştərilərlə davranış barədə zəruri məlumatlar verildi.
Tədbirdə Mərkəzimizin şagirdləri ilə yanaşı “Landau məktəbi”nin, “Evrika liseyi”nin, “Azərbaycan Britaniya Kolleci”nin və “Bakıda Britaniya Məktəbi”nin 100-ə yaxın şagirdi iştirak etdi.
Sonda proqramı uğurla başa çatdıran şagirdlərə ICSB tərəfindən sertifikatlar təqdim olundu.