XƏBƏRLƏR
Leader in me
05/03/2024

Məlumdur ki, dinamik inkişaf edən dünyada uşaqların təkcə akademik biliklərinin deyil, həm də həyati bacarıqların inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Buna görə də XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq biz, şagirdlərin bacarıq və səriştələrini artırmaq, müasir rəqabət mühitinə tam hazır olmalarını təmin etmək və gələcəyin liderləri kimi inkişaf etdirmək məqsədilə artıq 3 ildir ki, ABŞ-nin “FranklinCovey” şirkəti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində “LeaderInMe” proqramını tədris edirik.
Sözügedən proqram şagirdlərimizin bacarıq və səriştəliklərinin artırılması, müasir rəqabət mühitinə tam hazır olmaları və gələcəyin liderləri kimi inkişaf etmələri məqsədilə kompleks fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlərin tərkib hissəsi olaraq hər il Mərkəzimizdə FranklinCovey şirkətinin regional nümayəndələri ilə silsilə tədbirlər həyata keçirilir. 26-28 fevral tarixlərində FranklinCovey şirkətinin regional nümayəndələri Mərkəzimizin qonağı oldu və bu çərçivədə valideynlər, müəllimlər və şagirdlər üçün seminarlar təşkil edildi.
Regional nümayəndə kimi qonağımız olan Castin Permenter (Justin Permenter) öz müsahibəsində proqram barədə ətraflı məlumatı bölüşdü.
Müsahibə ilə tanış olmaq üçün: https://qafqazinfo.az/news/detail/leaderinme-mekteblerinde-usaqlar-musteqil-olmagi-oyrenir-428565