XƏBƏRLƏR
Şagirdlərimizdən valideynlərinə Yeni il təbriki
28/12/2019

Mərkəzimizin şagirdləri hazırladıqları Yeni il proqramını dekabrın 28-də müəllim heyəti və valideynlər qarşısında səhnəyə qoyaraq iştirakçıları qarşıdan gələn bayramlar münasibətilə əyləncəli şəkildə təbrik ediblər.
Müxtəlif siniflərdə oxuyan bir qrup şagirdin həvəslə hazırladığı proqramda əyləncəli tamaşalar nümayiş olunub, bir-birindən maraqlı rəqslər və gözəl mahnılar ifa edilib. Şagirdlərin əyləncəli və peşəkar ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq, coşğu və alqışlarla qarşılanıb. Tədbirin sonunda şagirdlərimiz 2019-a əlvida deyərək qarşıdan gələn 2020-ci il münasibətilə bütün iştirakçılara böyük sevinc və uğurlar arzulayıblar.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi şagirdlərin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayır. Mərkəzimizdə fəaliyyət göstərən dərnəklər barədə ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.21century.edu.az/az/ourschool/experience