XƏBƏRLƏR

Əsgərə dəstək

23/10/2020

Əsgərə dəstək

27 sentyabr tarixindən etibarən başlayan, Azərbaycan torpaqları uğrunda gedən döyüşlər davam edir. İşğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıqlar hər bir Azərbaycan vətəndaşını qürurlandırır və müxtəlif yollarla ordumuza dəstək aksiyaları keçirilir. Xalqımız bu dəstəyi könüllü səfərbərliyə qoşulmaq, yaralı əsgərlərə qan vermək, ordumuzun ehtiyacına müvafiq şəkildə onlara müxtəlif ərzaq məhsulları göndərməklə göstərməyə çalışır.

Mərkəz olaraq biz də “Əsgərə dəstək” kampaniyası başlatmış və bu barədə məlumatı həm Mərkəz əməkdaşları, həm də şagirdlər və onların ailələri ilə paylaşmışdıq. Sevindirici haldır ki, cəbhədə döyüşən qəhrəmanlarımıza dəstək məqsədilə həm Mərkəz kollektivi, həm də şagirdlərin ailələri tərəfindən xeyli könüllü yardım toplandı, qablaşdırıldı və bugün göndərildi.

Həmçinin şagirdlərimiz tərəfindən əsgərlərimizə mənəvi dəstək məqsədilə məktublar da hazırlandı və onlar da bağlamalarla birlikdə cəbhə bölgəsinə göndərildi.

Bu işdə dəstəyini əskik etməyən və prosesdə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk.

Əminik ki, düşmənə layiqli cavab sonuna qədər verilməkdə davam edəcək və tezliklə ordumuzdan yeni qələbə xəbərləri gələcəkdir. Bizim işimiz haqq işidir və Allah bizimlədir!

Allahdan bütün şəhidlərimizə rəhmət və yaralı əsgərlərimizə şəfa diləyirik!