XƏBƏRLƏR
Mərkəzimizdə Oxu klubu fəaliyyətə başladı!
05/02/2025

5 fevral 2025-ci il tarixində Mərkəzimizdə "Oxu klubu" fəaliyyətə başladı! Bu klub şagirdlərə üç dildə kitab oxumaq və müzakirə etmək imkanı yaradaraq onların dil biliklərini və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.
Klubun ilk görüşündə isə məktəbimizin ədəbiyyat müəllimi və eyni zamanda istedadlı yazıçı cənab Graham Smith şagirdlərlə maraqlı müzakirələr apardı və onlara kitab sevgisini aşılamaq məqsədilə öz təcrübələrindən bəhs etdi.
Şagirdlər üçün kitab sevgisinin və mütaliə alışqanlığının olduqca önəmli olduğuna inanır, hər zaman onları buna təşviq etməyə çalışırıq.