XƏBƏRLƏR

“Müstəqilliyə Aparan Yolda Ulu Öndər Heydər Əliyevin Müdrikliyi” Mövzusunda Tədbir Keçirildi

26/05/2025

“Müstəqilliyə Aparan Yolda Ulu Öndər Heydər Əliyevin Müdrikliyi” Mövzusunda Tədbir Keçirildi

26 may 2025-ci il tarixində Mərkəzimizdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyə aparan yolda Ulu Öndər Heydər Əliyevin müdrikliyi” mövzusunda möhtəşəm tədbir keçirildi.

Tədbirin rəsmi hissəsində çıxış edən rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin Azərbaycanın dövlət müstəqilliyinə qovuşmasında və onun möhkəmləndirilməsində oynadığı misilsiz roldan bəhs etdilər.

Tədbirin bədii hissəsində isə şagirdlərimiz müstəqil Azərbaycanımıza həsr olunmuş ədəbi-bədii kompozisiyalar, şeirlər və musiqi nömrələri ilə çıxış etdilər. Tədbir iştirakçılar üçün yaddaqalan və duyğulu anlarla zəngin oldu.