XƏBƏRLƏR
Məzunlarımızın Uğurları Qürur Mənbəyimizdir!
27/08/2025

2024–2025-ci tədris ili məzunlarımızın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunması ilə bağlı sevindirici xəbərləri paylaşmaqdan böyük qürur duyuruq. Onların qazandıqları uğurlar bizə həm sevinc, həm də ilham verir. Bu nailiyyətlər bir daha sübut edir ki, təhsil müəssisəmiz yalnız biliklə deyil, eyni zamanda dəyərlərlə zəngin, uğura yönəlmiş gənclər yetişdirir.
Hər bir məzunumuzu səmimi qəlbdən təbrik edir, gələcək təhsil və karyera yollarında onlara yeni zirvələr arzulayırıq. Məzunlarımızın adlarını və qəbul olduqları universitetləri yaxın günlərdə saytımızda paylaşacağıq.
Bu uğurda əməyi keçən müəllimlərimizə və ailələrə təşəkkürümüzü bildiririk!