STEAM

STEAM Mərkəzi

Science, Technology,  Engineering, Arts, Mathematics sözlərinin baş hərflərindən formalaşan STEAM sözü, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrinin birilikdə istifadə edilərək şagirdlərə istehsal əsaslı təhsil imkanı verir.

Şagirdlərimizin öz-özlərinə kəşflər etməsinə fürsət verən, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirən, ətraf mühitə həssasslıqlarını artıran bir sistemdir. STEAM mərkəzimizdə şagirdlərimiz robotika, elmi təcrübələr, araşdırmalar və s. apararaq özlərinin maraq, kəşfetmə, tənqidi düşünmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirə bilirlər.

Robotics

Mərkəzimizdə şagirdlərimizin yaradıcılıq, innovasiya, problem həll etmə kimi 21-ci əsr bacarıqlarını inkişaf etdirmələrinə imkana verən robotika dərnəyimiz fəaliyyət göstərir.

Şagirdlərimiz ibtidai siniflərdən başlayaraq öz yaş qruplarına uyğun Lego setləri ilə işləyərək öz robotlarını hazırlama və proqramlaşdırma imkanı əldə edir. Şagirdlərimiz həmçinin daha WEDO setləri ilə proqramlaşdıra bildikləri robot dizaynlarını layihə halına sala bilirlər. Bu layihələri ölkə və beynəlxalq səviyyədə yarışlara çıxarırlar. Onlar, innovasiya, yaradıcılıq, komanda işi və vaxtın idarə olunması kimi bacarıqları bu layihələrdə daha tez mənimsəyirlərlər.

Kodlaşdırma

Biz şagirdlərimizə ibtidai siniflərdən başlamaqla 11-ci sinfə qədər yaşlarına uyğun ən müasir proqramlaşdırma dilləri ilə kodlaşdırmanı öyrədirik. Kodlaşdırma dərsləri ilə şagirdlərimiz 21-ci əsr bacarıqlarının ən vacib elementi olan digital savadlılıq, təndiqi düşünmə və problem həll etmə bacarıqları qazanır. Şagirdlərimiz artıq 1-ci və 2-ci sinifdə Code və Scratch proqramlarında kodlaşdırma dillərinin təmək funksiyalarını öyrənir 3-cü və 4-cü sinifdən siə öz oyunlarını yazaraq mühəndislik sahəsinə ilk addımlarını ataraq yaradıcılıqlarını inkişaf etdirirlər.

BİZƏ QOŞULUN