NEWS
“Zəfər yolu” inşa müsabiqəsi
19/11/2021

19 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilən “Zəfər yolu” adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin 9A sinif şagirdi Ülvi Zaur oğlu Cavanşir “Zəfərə aparan 44 gün” adlı inşası ilə II yerə layiq görülmüş, tədbirdə diplom və dəyərli hədiyyə ilə mükafatlandırılmışdır.
Şagirdimizi bu münasibətlə ürəkdən təbrik edir, uğurlarının davamını diləyirik.