Kurikulum
Kurikulum Tədris dili Siniflər
    1 2 3 4 5 6 7 8 9 10 11
Milli kurikulum Azərbaycan İbtidai məktəb (AZ) Tam orta məktəb (AZ)
Rus İbtidai məktəb (RUS) Tam orta məktəb (RUS)
Kembric İngilis Kembric İbtidai proqarmı (Cambridge Primary Programme) Kembric aşağı orta Proqramı
(Cambridge Lower Secondary)
Upper Secondary (IGCSE) SAT & IELTS
IB İngilis   IB DP
Əlavə   Əlavə dəstək fəaliyyətləri

Beynəlxalq IGCSE Proqramı

14-16 yaşlı şagirdlər üçün nəzərdə tutulmuş Beynəlxalq IGCSE (Cambridge IGCSE) proqramı şagirdlərin yaradıcılıq, kritik düşüncə, problem həll etmə və qərar qəbul etmə kimi bacarıqlarını inkişaf etdirməklə yanaşı Beynəlxalq Kembric AS & A Dərəcələrinə (Cambridge International AS &  A Levels) hazırlıq mərhələsidir.

Şagird Beynəlxalq IGCSE proqramının təklif etdiyi fənlər üzrə Mərkəzimiz tərəfindən tədris olunan fənlər arasından gələcək ixtisasına uyğun olan fənləri seçərək, imtahan verdiyi hər bir fənn üçün Beynəlxalq Kembric serifikatı əldə edir.

Dünya miqyaslı universitetlərin bir çoxu qəbul üçün A-Level ilə yanaşı IGCSE nəticəsini də tələb edir. Beynəlxalq IGCSE Britaniya məktəblərində tətbiq olunan GCSE proqramını əvəz edir.

 Mərkəzimizin İngilis bölməsində IGCSE Proqramı

İngilis bölməsində təhsil alan şagird aşağı orta pilləni müvəffəqiyyətlə bitirib onun gələcək karyerasına təsir edəcək yuxarı orta pillədə təhsilini davam edir. Bu mərhələnin ilk dövründə sinif rəhbəri və bölmə koordinatoru şagird və valideynə ixtisas istiqamətləri üzrə konsultasiya xidmətləri təklif edir. Bu mərhələdə (9-10-cu siniflər üzrə) şagirdlər, yeniyetmələr üçün nəzərdə tutulan dünyanın ən məşhur beynəlxalq kvalifikasiyası olan IGCSE (Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı) proqramı üzrə təhsil almağa başlayırlar. Bu proqram çərçivəsində, ixtisaslarına müvafiq şəkildə şagirdlər, Beynəlxalq Kembric Proqramının onlara təklif etdiyi fənlər üzrə hazırlaşmağa başlayırlar. IGCSE fənninin tədrisi üzrə standart kurs 130 saat nəzərdə tutulub. Lakin, şagirdlərin seçdikləri istiqamətlər üzrə müəyyən olunan hər bir fənn üçün iki illik kurs Mərkəzimizdə 200-210 saat nəzərdə tutulub. Beynəlxalq IGCSE (Cambridge IGCSE) proqramı Beynəlxalq Kembric AS & A Dərəcələrinə (Cambridge International AS &  A Levels) hazırlıq mərhələsidir.

Mərkəzimiz hazırda aşağıdakı fənlər üzrə IGCSE proqramını təklif edir:

  • Art & Design (0400)
  • Biology (0610)
  • Business Studies (0450)
  • Chemistry (0620)
  • Economics (0455)
  • English – Literature in English (0475)
  • English as a Second Language (0511)
  • Geography (0460)
  • German - Foreign Language (0525)
  • History (0470)
  • Information & Communication Technology (0417)
  • Mathematics (0580)
  • Physics (0625)
  • Russian - First Language (0516)
  • Spanish - Foreign Language (0530)

Aparıcı universitetlər Kembric IGCSE sertifikatını şagirdin bilik və bacarığının göstəricisi kimi qəbul edir və bu pillədə əldə olunan bilik və bacarıqlar nəticəsində şagird Beynəlxalq Kembric AS/A Level və Beynəlxalq Bakalavriat Diplom Proqramına həm akademik, həm də psixoloji olaraq daha hazırlıqılı olur. 

İki illik IGCSE proqramının ikinci ilində (10-cu sinif) şagirdlər seçdikləri IGCSE fənləri üzrə imtahan verib Kembric IGCSE sertifikatını əldə edirlər. Şagirdlərimizin yuxarı orta pillədə təhsil aldıqları müddət ərzində əldə etdikləri bilik və bacarıqlar yuxarı orta pillənin sonunda Kembric Beynəlxalq Ümumi Orta Təhsil Sertifikatı (IGCSE) imtahanları ilə qiymətləndirilir. IGCSE imtahanları Kembricdə yoxlanılır və Mərkəzimizə hər bir şagirdlə bağlı ətraflı qiymətləndirmə forması təqdim edilir. IGCSE Kembric proqramının beynəlxalq qiymətləndirmə standartıdır və bu standartlar vasitəsi ilə biz şagirdlərimizin öyrənmə ehtiyaclarını müəyyən edib onlara fərdi akademik inkişafları və AS/A-Level üçün istiqamətlər müəyyənləşdiririk.

BİZƏ QOŞULUN